RU

Roma Papası XIV Lev keşişləri süni intellektdən istifadə etməməyə çağırıb

Pontifik moizələrin şəxsi iman aktı olduğunu vurğulayıb və internet illüziyalarına qarşı xəbərdarlıq edib...

Roma Papası XIV Lev katolik keşişlərini moizələrin hazırlanmasında süni intellektdən istifadə etməkdən çəkinməyə və “real həyata” qayıtmağa çağırıb.

Poliqon xəbər verir ki,bu barədə Vatican News nəşri məlumat yayıb.

Pontifik çıxışında bildirib ki, insan beyni də bədənin digər əzələləri kimi daim işlədilməli və məşq etdirilməlidir. “Bədəndəki bütün əzələlər kimi, əgər biz onlardan istifadə etməsək, onları hərəkətə gətirməsək, onlar zəifləyir. Beyin də məşq olunmalıdır, buna görə də zəkanımızı bir qədər yükləməliyik ki, bu qabiliyyəti itirməyək”, deyə Roma Papası XIV Lev vurğulayıb.

Onun sözlərinə görə, moizə ilk növbədə şəxsi iman və daxili inancın ifadəsidir və bu proses texnoloji vasitələrlə əvəz edilə bilməz. Pontifik qeyd edib ki, süni intellekt heç vaxt imanı bölüşə və ya insanın ruhani təcrübəsini əks etdirə bilməz.

Roma Papası XIV Lev eyni zamanda internet mühitində yaranan “aldadıcı illüziyalar” barədə də xəbərdarlıq edib. O bildirib ki, bəyənmə və izləyici sayı ardınca qaçmaq həqiqi dini xidmət anlayışını kölgədə qoya bilər. “Əgər biz İsa Məsihin müjdəsini daşımırıqsa, ola bilsin ki, yanlış yoldayıq”, deyə pontifik əlavə edib.

Vatikan rəhbərinin bu çağırışı son illər süni intellekt texnologiyalarının geniş yayılması və bir çox sahələrdə, o cümlədən dini fəaliyyətlərdə istifadəsi fonunda xüsusi diqqət çəkir. Ekspertlər hesab edirlər ki, bu mövqe kilsənin ənənəvi dəyərlərin qorunmasına və ruhani xidmətin fərdi məsuliyyət kimi saxlanmasına verdiyi önəmi əks etdirir.

Poliqon.info

Избранный
23
poliqon.info

1Источники