RU

Sağlam insan neçə dəqiqəyə yuxuya getməlidir?

"Yuxuya getməkdə çətinlik bir çox səbəbdən yarana bilər".

Ölkə.az xəbər verir ki, bu barədə Psixoloq Mişel Drerup "Infobae" nəşrinə müsahibəsində danışıb.

O xəbərdarlıq edib ki, çox vaxt yuxuya getmək problemləri spirtli içki qəbuluna görə yaranır:

"Xroniki ağrılar da yuxusuzluğa səbəb ola bilər. Digər səbəblər arasında bəzi dərmanların yan təsirləri, yaşın artması, gündüz uzun müddət yatmaq və “birinci gecə effekti” də var. Bu effekt insanın yeni bir məkanda məsələn, istirahət zamanı oteldə — yata bilməməsi ilə bağlıdır".

Amerika Yuxu Fondunun mütəxəssisləri qeyd ediblər ki, sağlam insanlar adətən 10-20 dəqiqə ərzində yuxuya gedirlər. Əgər bir insan 8 dəqiqədən az müddətdə yuxuya gedirsə, bu, yığılan yuxu çatışmazlığı və ya narkolepsiya əlaməti ola bilər.

Əgər yuxuya getmək 20 dəqiqədən çox çəkirsə, bu artıq yuxusuzluq əlaməti sayılır və müalicə olunmalıdır.

Həmidə İbrahimova

Избранный
15
1
olke.az

2Источники