BAKI,TurkicWorld
Azərbaycanın Ümumdünya Şəhərsalma Forumuna (WUF13) Ermənistanı dəvət etməsi ilə bağlı hazırda məlumat yoxdur.
TurkicWorld xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı "Ana harayı" abidəsini ziyarəti zamanı jurnalistlərə açıqlamasında deyib.