RU

Ərəb ölkələri mediasında Xocalı soyqırımı haqqında məqalə dərc olunub

ain.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

Misir, Əlcəzair, İraq, Süriya və.s ərəb ölkələri mediasında Azərbaycan-Misir Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirovun Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı məqaləsi dərc olunub.

Məqalədə Xocalı faciəsinin səbəbləri və tarixi barədə məlumat verilib.

Məqalədə qeyd olunub ki, beynəlxalq hüquqa əsasən XX əsrin sonlarında Xocalıda törədilmiş bu qətliam insanlığa qarşı ən ağır cinayətlərdən biridir və soyqırımı kimi qiymətləndirilir.

Məqalələrdə Xocalı faciəsinin bir sıra dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən soyqırımı kimi tanındığı bildirilir, İslam Əməkdaşlıq Təşkilatının bununla bağlı qəbul etdiyi qərarlar xüsusi vurğulanır.

Eyni zamanda, qeyd olunur ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən və Azərbaycanla Ermənistan arasında ilkin sülh razılaşması imzalandıqdan sonra ədalətin bərqərar olacağına, Xocalı soyqırımını törədənlərin hamısının məsuliyyətə cəlb ediləcəyinə dair ümidlər artıb.

Seymur Nəsirov bildirib ki, bu gün də bir sıra ərəb ölkələrində Xocalı soyqırımı haqqında məqalələr dərc edəcək.

Cavid

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
12
7
icma.az

8Источники