Hazırda Azərbaycanda plastik və estetik əməliyyat etməyə icazəsi olan 45 nəfər həkim var.
News365.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında bildirib.
“Onların siyahısı açıqdır və sayları ilbəil artır. Çünki rezidenturanı bitirən həkimlərimiz var. Xaricdə təhsil alıb qayıdanlar var".
Nazir Azərbaycanda plastik, estetik və rekonstruktiv cərrahiyyə üzrə iki mərkəzin yaradıldığını bildirib.
"Akademik Topçubaşov adına elmi cərrayiə şöbəsində xüsusi mərkəz yaradılıb və xüsusi kadrlar və avadanlıqlarla təchiz edilib. Digər tərəfdən Əziz Əliyev adına Azərbaycan dövlət təkmilləşdirilmə instutunun texniki bazası olan plastik və rekonstruktiv cərrahiyyə klinikası əsaslı təmir olunub. Onun açılışı nəzərdə tutulur".