RU

Xocalı dəhşətlərini yaşamış qadın: "Axund soruşdu ki, bu uşaq kimindir, nəfəs alır"

Ötən əsrin 90-cı illərində baş vermiş bəşər tarixinin ən ağır faciələrindən olan Xocalı soyqırımından 34 il ötür. 1992-ci ilin amansız qışında - fevralın 25-dən 26-na keçən gecə erməni-rus birləşmələri tərəfindən törədilmiş soyqırımı hər bir azərbaycanlının yaddaşında silinməz iz qoyub.

Publika.az xəbər verir ki, həmin günlərini dəhşətlərini yaşamış və Xocalını üç körpə qızı ilə tərk etmiş Şəfiqə Ələsgərova Teleqraf-ın Qarabağ bürosuna o günlərin dəhşətlərindən danışıb, beş gün mühasirə şəraitində ağır sınaqlarla üzləşdiklərini nəql edib:

“Xocalının mühasirədə olduğunu bizə qonşumuz xəbər verdi. Evdən çıxıb yığışdıq qonşunun zirzəmisinə, gecəni zirzəmidə keçirdik. Postdan gələn döyüşçülər bildirdilər ki, əksər sakinlər qaranlıq düşən kimi şəhəri tərk ediblər. Biz də zirzəmidən çıxıb getdik “Beşmərtəbə” deyilən əraziyə. Üç gün “Beşmərtəbə”də mühasirədə qaldıq.

Yanımızda Şahid adlı oğlan vardı. İndi polisdə çalışır. Silah-sursat qalmamışdı. Şahid binadan çıxıb getdi, yeşiklərlə patron gətirdi. Yenidən döyüşməyə başladılar. Qaynımın Elşad adlı nişanlı oğlu orda şəhid oldu.

Dəstənin bir hissəsi döyüşürdü. Bir hissə bizi ikinci mərtəbənin pəncərəsindən sallayaraq aşağı düşürdü. Yolu keçib üz tutduq meşəyə. Qarqar çayından keçəndə ayaqlarımız islanmışdı. Artıq meşədə ayaqlarımız donmağa başladı. Həmin vaxt yanımda 3 qızım vardı. Balaca qız yaşyarımlıq, böyüyü altı yaşının içindəydi. Yanımızda Baxış adlı kişi vardı. İndi rəhmətə gedib. Gördü, qızlarım üşüyür. Pencəyini çıxardıb uşaqlarımın üstünə sərdi.

Избранный
5
publika.az

1Источники