RU

“Ermənistanda Rusiya hərbi bazasının bağlanması gündəmdə deyil” – Paşinyan

Ermənistan ölkənin ərazisində fəaliyyət göstərən Rusiyanın hərbi bazasını bağlamağı planlaşdırmır.

“7Times.az” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Polşada bəyan edib.

“Rusiyanın hərbi bazasının (Gümrüdə – red.) mövcudluğu ilə bağlı heç bir planımız, proqramımız və ya narahatlığımız yoxdur. Biz Rusiyanın yaxın tərəfdaşlarıyıq, çox sıx iqtisadi və siyasi əlaqələrimiz var”, – N.Paşinyan deyib.

Onun sözlərinə görə, bu gün İrəvan və Moskva arasındakı münasibətlər transformasiya mərhələsindən keçir: “Hazırda biz Rusiya ilə yeni münasibətlər formalaşdırırıq”.

Избранный
1
5
7times.az

7Источники