RU

Ronaldu "Əl-Nəsr"ə böyük hesablı qələbə qazandırdı - 1000-ə neçə qol qaldı?

Səudiyyə Ərəbistanı çempionatında 10-cu turdan təxirə salınmış oyun keçirilib.

Fanat.Az xəbər verir ki, Kriştianu Ronaldulu "Əl-Nəsr" Pro Liqasının autsayderi "Əl-Nəcmə" ilə qarşılaşıb.

"Əl-Nəsr rəqibini 5 cavabsız qolla yenib. Darmadağının əsasını məhz portuqaliyalı superulduz qoyub. Ronaldu 6-cı dəqiqədə rəqib qapısına təyin olunan 11 metrlik zərbəni dəqiq yerinə yetirərək komandasını hesabda irəli çıxarıb. Bununla da, əfsanəvi portuqaliyalı futbolçu karyerasında 965-ci qolunu vurub. Qarşısına 1000 qol vurmağı hədəf qoyan Kriştianuya bunun üçün daha 35 qol vurmalıdır.

"Əl-Nəsr"in digər qollarını Kinqsi Koman, Sadio Mane və İniqo Martinez (2) vurub.

Bu qələbədən sonra "Əl-Nəsr" xallarını 58-ə çatdıraraq liqanın zirvəsinə qayıdıb. 

Избранный
21
fanat.az

1Источники