Dünyanın ən inkişaf edən, qüdrətli dövlətlərindən olan Azərbaycan tərəqqi yolunda inamla addımlayır. Azad, demokratik dövlət olaraq iqtisadi, sosial, siyasi, elmi və mədəni sahələrdə yeni-yeni uğurlara imza atır. Azərbaycanın iqtisadi, siyasi gücü, beynəlxalq aləmdə nüfuzlu dövlət olaraq regionun iqtisadiyyatının mənzərəsini dəyişməyə xidmət edən layihələrin təşəbbüskarı olaraq çıxış edir və irəli sürdüyü istənilən layihənin icrasına nail olur. Bu baxımdan artıq Azərbaycan dünya iqtisadiyyatında söz sahibi olan "qlobal oyunçu" statusunu qazanıb. Azərbaycan Prezidenti İlham Əliyevin apardığı müdrik siyasət nəinki Azərbaycanımıza, ümumilikdə regiona sosial rifah, sülh və əmin-amanlıq gətirir. 2025-ci ilin avqustun 8-də Ağ evdə baş tutan ABŞ-Azərbaycan ikitərəfli və ABŞ–Azərbaycan–Ermənistan üçtərəfli görüşü və imzalanan sənədlər Prezident İlham Əliyevin dünya siyasətində fenomen şəxsiyyətlərdən olduğunu təsdiqlədi. Bir daha məlum oldu ki, Fateh Sərkərdə, Prezident İlham Əliyev hərbi, siyasi qələbənin banisi olmaqla yanaşı, həm də regionda sabitliyi təmin edə biləcək sülhün banisidir. Regionda sülhün təmin olunmasına xidmət edəcək sənədlərin dünyanın əsas güc mərkəzi hesab olunan ABŞ Prezidenti Donald Trampın iştirakı və imzası ilə rəsmiləşdirilməsi Prezident İlham Əliyev nəinki, regionun, ümumiyyətlə dünyanın ən nüfuzlu söz sahibi olan liderlərdən olduğunu təsdiqləyir. Təbii ki, sülhün əldə olunması bir daha regionumuzda müharibələrin, ən azı lokal toqquşmaların olmayacağından xəbər verir. Sülhün əldə olunması bölgənin iqtisadi cəhətdən inkişafı, tərəqqisi deməkdi. Sülhün daimi və davamlı olması ilə ailələr müharibə baş verə biləcəyi qorxusundan azad olacaqlar. Qurbanlar, dağıntılar, fəlakətli durum baş verməyəcək. Bu, həm Azərbaycan, həm Ermənistan, həm də bütün bölgə üçün xüsusi əhəmiyyətə malik tarixi hadisədir. Qəzzaya dair "Sülh Şurası"nın əsas təsisçilərindən birinin Azərbaycan Prezidenti İlham Əliyevin olması da ölkəmizin liderinin dünyada sülhün və təhlükəsiliyin təmin olunmasın da böyük nüfuz sahib olan liderlərdən olduğunu göstərir.
Azərbaycan iqtisadi güc mərkəzinə çevrilir
Azərbaycan iqtisadi, sosial sahələr də yeni-yeni nailiyyətlərə imza atmaqla əhalinin sosial vəziyyətlərinin daha da yaxşılaşmasına, məşğulluğunun təmin olunmasına imkanlar yaranır. Azərbaycanda yoxsulluğun səviyyəsinin azaldılması üçün Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə yoxsulluğun real səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə ailə təsərrüfatları sahiblərinin illik anketləşdirilməsi tətbiq olundu. Azərbaycanda yoxsulluğun azaldılması və sosial-iqtisadi inkişaf üzrə 2 Dövlət Proqramı (2003–2005-ci və 2008–2015-ci illər üçün) qəbul edildi. Bunun nəticəsində son 20 il ərzində yoxsulluğun səviyyəsi, təxminən, 44,7 faizdən 5,2 faizədək azalıb. Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri əmək haqqlarının yüksəldiməsi, müxtəlif dövlət xidmətlərinə əlçatanlığın təmin edilməsi və vətəndaşlarla məmurlar arasındakı münasibətlərdə şəffaflığın artırılmasıdır. Bu məqsədlə 2019-cu ilin mayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyətə başlayan DOST (Davamlı və Operativ Sosial Təminat) Agentliyi yaradılıb. Hazırda 7 DOST mərkəzi fəaliyyət göstərir, 2026-cı ilə qədər onların sayının 17-yə çatdırılması, 55 DOST filialının açılması və beləliklə, bütün ölkə üzrə xidmətlərin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. DOST mərkəzləri vasitəsilə tam şəffaflıq və vətəndaş məmnunluğu əsasında "bir pəncərə" prinsipi ilə məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində 15 istiqamət üzrə 159 xidmət göstərilir. 2023-cü il dekabrın 1-nə olan məlumata görə, bu mərkəzlərdə 1,9 milyon nəfərə xidmət göstərilib. Vətəndaşların xidmətlərdən məmnunluq dərəcəsi 98,1 faiz təşkil edir.
Bu gün Azərbaycan regionun aparıcı iqtisadi gücünə çevrilib. Azərbaycanın təşəbbüskarı olduğu və tərəfdaşları ilə birgə həyata keçirdiyi bir sıra irimiqyaslı layihələr təkcə bizim deyil, qonşu regionların da inkişafına mühüm töhfəsini verir. Bu layihələr arasında Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri, eləcə də Avropanın enerji təhlükəsizliyinin təminatında başlıca rol oynamaq qabiliyyətinə malik Cənub Qaz Dəhlizi kimi nəhəng layihə yer alır.Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində məhz son 22 il ərzində Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) boru kəmərləri tikilib istismara verilib. Bundan başqa iki nəqliyyat meqalayihəsini – Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin tikintisini və "Şimal–Cənub" beynəlxalq nəqliyyat dəhlizi layihəsi çərçivəsində işləri xatırlatmaq lazımdır.
Ötən 22 ilin əldə olunan göstəricilərinə əsasən demək olar ki, ölkəmizin iqtisadiyyatına yatırılan investisiyalar 4 dəfə artıb. Ümumilikdə ölkəyə müxtəlif sektorlardan 318,9 milyard dollardan artıq vəsait daxil olub. Bundan başqa, ötən dövr ərzində ölkəmizin əhalisinin nominal gəlirləri 15,6 dəfə, strateji valyuta ehtiyatları isə 2003-cü illə müqayisədə 48,7 dəfə artıb. Xarici borc 9,3 faiz (2023-cü il oktyabrın 1-nə) səviyyədədir, Azərbaycanın strateji valyuta ehtiyatlarının xarici borca nisbəti 10,5 dəfə üstələyir. Göstərilən rəqəmlər Azərbaycanın iqtisadi inkişaf modelinin sabitliyindən xəbər verir və milli iqtisadiyyatın xarici şoklara adaptiv və adekvat reaksiyasının bariz nümunəsidir. Bu illər ərzində əsas diqqət özəl sektorun möhkəmləndirilməsinə, biznes mühitinin yaxşılaşdırılmasına yetirilib. Bu çərçivədə sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması istiqamətində mühüm addımlar atılıb. Təkcə sahibkarlara imtiyazlı şərtlərlə ayrılan kreditlərin həcmi 3,01 milyard manatı ötüb.
"Böyük Qayıdış" uğurlu nəticələr verir
Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən dərhal sonra ərazilərdə genişmiqyaslı quruculuq, təmir, tikinti, bərpa işlərinin həyata keçirilməsinə başlanıldı. Dağıdılmış kənd və şəhərlərin yerində qısa müddətdə "Ağıllı kənd"lərin bünövrəsi qoyuldu, 2022-ci il isə azad edilmiş Zəngilanda salınmış ilk Ağalı "Ağıllı kənd"inə qayıdışına başlanğıc ili oldu. 2022-ci il noyabrın 16-da "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" təsdiq edildi. 2021–2023-cü illərdə Qarabağ və Şərqi Zəngəzurda layihələrin həyata keçirilməsinə 7 milyard dollar ayrılıb, 2024-cü ildə dövlət büdcəsindən bu məqsədlər üçün minimum daha 2,4 milyard dollar vəsait yönəldiləcək. 2022-ci il iyulun 19-dan bu günədək 2 şəhərə (Laçın və Füzuli şəhərləri) və 3 kəndə (Zəngilan rayonunun Ağalı, Tərtər rayonunun Talış və Laçın rayonunun Zabux kəndləri) 4 min 516 keçmiş məcburi köçkün qayıdıb, bu, 1134 ailə deməkdir.Azad olunmuş ərazilərdə bu günədək 115 min hektardan çox sahə minalardan və partlamamış sursatlardan təmizlənib.2021-ci ildən indiyə qədər azad ərazilərdə bərpa və quruculuq işlərinə 19 milyard manatdan çox vəsait ayırıb. Bu tədbirlər sayəsində Böyük Qayıdış proqramının icrası sürətlənib, ötən il 32 illik həsrətdən sonra Xocalıya, Şuşaya, Xankəndinə, Laçın, Cəbrayıl və digər ərazilərdə sakinlərin öz doğma yurdalarına qayıdışı gerçəkləşib. Bütövlükdə isə azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, çalışır, işləyir - həm yeni açılmış müəssisələrdə, sosial obyektlərdə, inşaat işlərində. Növbəti illərdə qayıdış daha da sürtələnəcək, 2026-cı ilin sonunadək 34 min 500 ailənin və ya 140 min vətəndaşımızın köçürülməsi nəzərdə tutulur.
Prezidentimiz, Fateh Sərkərdə İlham Əliyev mütəmadi olaraq işğaldan azad edilən ərazilərə səfərlər edir və görülən işlərlə tanış olur. Fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocavənd şəhərində görülmüş işlərlə tanış olublar. Xocavənd şəhərinə 50 ailə - 194 nəfər qayıdıb. Ötən ilin sentyabrından indiyədək isə Xocavəndin 5 yaşayış məntəqəsinə - Xocavənd şəhərinə 50 ailə (194 nəfər), Qırmızı Bazar qəsəbəsinə 142 ailə (604 nəfər), Sos kəndinə 85 ailə (360 nəfər), Hadrut qəsəbəsinə 58 ailə (233 nəfər), Xocavənd kəndinə isə 20 ailə (94 nəfər) olmaqla, ümumilikdə 1485 nəfər - 355 ailə qayıdıb.
Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər. Prezident İlham Əliyev Memorialın önünə əklil qoydu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Memorialla tanış oldular və Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdülər.
Təbii ki, aparılan siyasətin düzgün, əsaslı, möhtəşəm olması uğurların, nailiyyətlərin davamlı xarakter daşıyacağına əminlik yaradır.
İLHAM ƏLİYEV