RU

Xocalı faciəsi xalqımızın yaddaşında böyük dərs kimi yaşayır



"Xocalı faciəsi xalqımızın yaddaşında həm böyük ağrı, həm də böyük dərs kimi yaşayır. Bu faciə bizə göstərdi ki, dövlətçilik, milli birlik və güclü ordu xalqın təhlükəsizliyinin ən möhkəm təminatıdır".

Newscenter.az xəbər verir ki, bunları Yeni Azərbaycan Partiyasının üzvü Ariz Mikayılov deyib. O bildirib ki, bu gün biz həm Xocalı qurbanlarının xatirəsini ehtiramla yad edir, həm də onların ruhu qarşısında baş əyərək bir daha bəyan edirik:

"Azərbaycan xalqı öz tarixini unutmur, ədalət uğrunda mübarizəsindən heç vaxt vaz keçmir. İllər boyu Xocalının ağrısı xalqımızın yaddaşında sönməyən bir ocaq kimi yaşadı. Bu ağrı həm də bir inama çevrildi – ədalətin gec-tez bərpa olunacağına, işğal altında qalan torpaqlarımızın yenidən öz sahiblərinə qayıdacağına olan sarsılmaz inama. Nəhayət, 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə tarix yazaraq illərlə işğal altında qalan torpaqlarımızı bir-bir azad etməyə başladı. Ardınca həyata keçirilən 2023-cü il Qarabağ antiterror əməliyyatı isə ölkəmizin suverenliyini tam bərpa etdi. Bu zəfər təkcə ərazi bütövlüyümüzün təmin olunması deyil, həm də Xocalıda, Qaradağlıda, Ağdabanda və digər yerlərdə qətlə yetirilmiş günahsız insanların ruhu qarşısında verilmiş tarixi ədalət idi".

Anar
Избранный
21
newscenter.az

1Источники