RU

Rusiya İrana hava məkanında ABŞ-a aid təyyarəni necə yox çıxardıb? – DETALLAR

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus MQ-4C Triton pilotsuz uçuş aparatının İran üzərində yoxa çıxması ilə bağlı Rusiya və ya Çinin radioelektron mübarizə sistemlərinin (REM) istifadə oluna biləcəyi iddia edilir. Vətəninfo.az xəbər verir ki, bu barədə Defence Network (DN) portalı yazıb.

Məlumata görə, müasir kəşfiyyat dronu 21 və ya 22 fevral 2026-cı il tarixində İranın cənubunda, Fars körfəzi üzərində radarlardan itib. Bildirilir ki, aparat həyəcan siqnalı göndərdikdən sonra onunla əlaqə tamamilə kəsilib.

Nəşr qeyd edir ki, pilotsuz aparat Abu Dhabi şəhərindən havaya qalxıb və təxminən 10 kilometr yüksəklikdə planlı kəşfiyyat uçuşu həyata keçirib. Uçuş zamanı onunla əlaqə itib.

Ekspertlərin qiymətləndirməsinə əsasən, dronun fiziki olaraq kinetik silahla vurulmasından əvvəl onun siqnalının pozulması üçün REM vasitələrindən istifadə edilib. DN yazır ki, ABŞ-a məxsus müasir pilotsuz aparatın yoxa çıxması Vaşinqtonla Tehran arasında gərginliyin kritik həddə çatdığı bir vaxta təsadüf edib.

Bundan əvvəl “Voennaya xronika” teleqram kanalı İranın mümkün ABŞ zərbələrindən qorunmaq üçün Rusiyaya məxsus Tirada-2S REM komplekslərindən istifadə etdiyini iddia edib.

Hadisə ilə bağlı rəsmi qurumların açıqlaması hələlik təqdim olunmayıb.

Избранный
43
veteninfo.az

1Источники