RU

Xameneinin ölməyi problem deyil - Arakçı

ABŞ mediasında və başqa yerlərdə liderin (İranın dini lideri Xamenei – red.) öldürülməsi ilə bağlı təkliflər görmüşəm. Bu bir system və yaxşı qurulmuş mexanizmdir. Ona görə də heç nə dağılmayacaq. Hər kəs müəyyən edilmiş prosedurlar vasitəsilə dəyişdiriləcək.

Aktual.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı ABŞ-ın Xameneini öldürdüyü təqdirdə nə baş verəcəyi barədə danışarkən deyib.

"Sistemimiz fərdlərdən asılı deyil. Xalq tərəfindən dəstəklənir. Ona görə də heç narahat deyiləm. Hətta müharibənin ortasında belə heç nə dağılmadı və biz özümüzü müdafiə etməyə davam edə bildik.

Əgər buna bənzər bir şey yenidən baş verərsə, sistem bunun öhdəsindən gələr. Sistemlə bağlı heç bir problem yoxdur”, - o bildirib.

Qeyd edək ki, son günlər sosial mediada İranın dini lideri Əli Xamaneinin öldüyü haqda da məlumatlar yayılıb.

Избранный
1
1
ulusum.az

2Источники