Aktual.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı ABŞ-ın Xameneini öldürdüyü təqdirdə nə baş verəcəyi barədə danışarkən deyib.
"Sistemimiz fərdlərdən asılı deyil. Xalq tərəfindən dəstəklənir. Ona görə də heç narahat deyiləm. Hətta müharibənin ortasında belə heç nə dağılmadı və biz özümüzü müdafiə etməyə davam edə bildik.
Əgər buna bənzər bir şey yenidən baş verərsə, sistem bunun öhdəsindən gələr. Sistemlə bağlı heç bir problem yoxdur”, - o bildirib.
Qeyd edək ki, son günlər sosial mediada İranın dini lideri Əli Xamaneinin öldüyü haqda da məlumatlar yayılıb.