RU

Pezeşkian: “Xameneinin nüvə silahı ilə bağlı fətvası pozulmayacaq”



Bu gün İran prezidenti Məsud Pezeşkian ölkəsinin nüvə silahı əldə etmək niyyətində olmadığını açıqlayıb. Onun sözlərinə görə, bu mövqe ölkənin ali rəhbəri Əli Xamenei tərəfindən verilmiş dini fətvaya əsaslanır. "Ali rəhbər nüvə silahı əldə etməyəcəyik dedikdə, bu, bizim silah əldə etmək niyyətində olmadığımızı bildirir. Ali lider siyasətçilər kimi yalan danışa bilməz", - deyə, Pezeşkian vurğulayıb. Prezident qeyd edib ki, Xameneinin bu mövqeyi siyasi deyil, dinə və fiqhə əsaslanır. O, əlavə edib ki, bir icmanın dini lideri nüvə silahı yaradılmayacağını deyərsə, bu mövqe inanc və fiqh çərçivəsində qəbul edilir. Qeyd edək ki, Xamenei 2003-cü ilin oktyabrında nüvə silahlarının hazırlanması və istifadəsini qadağan edən şifahi fətva verib. Daha sonra 2005-ci ildə bu fətva rəsmi olaraq AEBA-ya təqdim olunub. İradə SARIYEVA
Избранный
9
2
baki-xeber.com

3Источники