RU

Qarabağ üçün həlledici Sabah matçı Əgər uduzsalar, çempionluq əldən gedə bilər

Azxeber.com portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Qarabağ” UEFA Çempionlar Liqasında mübarizəni dayandırdıqdan sonra diqqətini yenidən daxili çempionata yönəldir.

Ağdam təmsilçisi Azərbaycan Premyer Liqası çərçivəsində əsas rəqiblərindən biri olan "Sabah” ilə martın 1-də vacib qarşılaşmaya çıxacaq. Hazırda turnir cədvəlində komandalar arasında xal fərqinin böyük olmaması bu oyunun çempionluq mübarizəsi baxımından həlledici əhəmiyyət daşıdığını göstərir. 

"Qarabağ” üçün bu görüş yalnız növbəti tur oyunu deyil, həm də "Sabah”la aradakı xal fərqini azaltmaq və ya üstünlüyü ələ keçirmək üçün real fürsətdir. 

Bəs görəsən Çempionlar Liqasında mübarizəni dayandıran "Qarabağ” Azərbaycan Premyer Liqasında "Sabah”ın üstünlüyünü aradan qaldıra biləcəkmi? 

Tanınmış idman şərhçisi Kənan Məstəliyev AZXEBER.COM-a açıqlamasında deyib ki, hər iki komanda üçün vacib qarşılaşmadır:

"Çox maraqlı qarşılaşma gözlənilir. Çünki hər iki komanda çempionluğa iddialıdır. "Qarabağ” Avropada tarix yazmasına baxmayaraq, daxili çempionatda o qədər də uğurlu çıxış etmir. Hətta "Sabah” "Qarabağ” ilə oyundan heç-heçə ayrılacağı halda belə, çempionluğun bir nömrəli namizədi ola bilər. Bu isə "Qarabağ”ın çempionluq şanslarını əhəmiyyətli dərəcədə azalda bilər. Buna görə də hər iki komanda yaranacaq imkanlardan maksimum istifadə etməyə çalışacaq”.

Şərhçi bildirib ki, "Qarabağ”ın qələbə şansı daha yüksəkdir:

"Bu oyunda "Qarabağ”ın qalib gəlmək şansı nisbətən daha yüksəkdir. Güclər ümumilikdə bərabər olsa da, balans təxminən 40/60 "Qarabağ”ın  xeyrinədir. "Qarabağ”a mane ola biləcək əsas amil isə komandanın Avropada "Nyukasl” ilə oyundan sonra fiziki yorğunluq yaşamasıdır.

Əgər komanda bu yorğunluğu aradan qaldıra bilsə, "Qarabağ” bu oyunda qələbəyə daha yaxın tərəf olacaq”.

K.Məstəliyev qeyd edib ki, "Sabah” da kifayət qədər güclü komandadır:

"”Sabah” da çox keyfiyyətli və baxımlı futbol nümayiş etdirir. "Sabah” rəqibin hər hansı səhvindən maksimum yararlanmağa qadirdir. Ona görə də "Qarabağ” rəqib komandaya hansısa şans verməməlidir”.

Qeyd edək ki, oyun martın 1-i Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. 

Şahanə Ziyad

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
19
azxeber.com

1Источники