RU

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Bu barədə Day.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, səhər bəzi yerlərdə az çiskinli, axşam isə yağıntılı olacağı, gecəyə doğru intensivləşəcəyi ehtimalı var. Şimal-şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3 dərəcədən 5 dərəcəyədək, gündüz 6 dərəcədən 8 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivəşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3 dərəcədən 6 dərəcəyədək, gündüz 6 dərəcədən 10 dərəcəyədək, dağlarda gecə -3 dərəcədən -8 dərəcəyədək, gündüz 0 dərəcədən -3 dərəcəyədək olacaq.

Избранный
20
49
day.az

10Источники