RU

Uzun gözləmə, qeyri stabil interval: 199 nömrəli marşrutdan ŞİKAYƏT VİDEO

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı Mühəndislik Universiteti istiqamətində və Abşeron Gənclər Şəhərciyində yaşayan sakinlər 199 saylı avtobus marşrutunun xidmətindən narazılıq edirlər.

Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edilib.

Qeyd olunub ki, avtobusların hərəkət intervalı qeyri-stabildir və bu da uzunmüddətli gözləmələrə səbəb olur.

View this post on Instagram

"Bəzi hallarda sərnişinlər 20-30 dəqiqə, hətta daha artıq müddət avtobus gözləsələr də, nəqliyyat vasitəsi gəlmir. Daha sonra isə eyni anda bir neçə avtobusun xəttə çıxması müşahidə olunur", - deyə şikayətçi bildirib.

Şikayətlərdə o da qeyd edilir ki, marşrut üzrə avtobusların tez-tez nasaz vəziyyətə düşməsi də sərnişinlər üçün əlavə çətinlik yaradır.

Oxu.Az-ın sorğusuna cavab olaraq "Xaliq Faiqoğlu" MMC-dən bildirilib ki, avtobuslararası intervalların artmasına paytaxt yollarındakı sıxlıq səbəb olur.

"199 saylı müntəzəm marşrut xətti üzrə 22 avtobus sərnişinlərə xidmət göstərir. Avtobuslararası interval 7-8 dəqiqədir. Bu nəqliyyat vasitələrinin əksəriyyəti iritutumlu müasir AVR0-5 standartlarına cavab verən avtobuslardır. Həmçinin xəttə buraxılan avtobuslardan 4 ədədi Bakı Mühəndislik Universiteti ilə metronun "20 Yanvar" stansiyası arasında ekspres olaraq xidmət göstərir ki, bu da sərnişinlərin daha sürətli və rahat daşınması məqsədilə atılmış addımdır.

Bununla belə gün ərzində bir sıra ərazilərdə müşahidə edilən sıxlıq və tıxaclar, eləcə də texniki problemlər intervalın artmasına, avtobuslararası qrafikdə qeyri-stabilliyə səbəb olur. Sıxlıq və tıxaclar daha çox Nərimanov rayonu Qarabağ küçəsi, Xoyski küçəsi, Ayna Sultanova heykəlinin ətrafı, "Şamaxinka" adlanan ərazi, Bakı-Sumqayıt yolunun Avtovağzal istiqamətindən keçən hissəsində, eləcə də Masazır və Xırdalan dairəsi istiqamətində müşahidə edilir", - deyə məlumatda bildirilib.

Əzizə İsmayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
13
oxu.az

1Источники