RU

Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişinin əhatə dairəsi genişləndiriləcək

Azərbaycan və Türkiyə arasında imzalanmış Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsi barədə razılıq əldə olunub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” hesabında paylaşım edib.

“Gürcüstan – Azərbaycan – Türkiyə biznes forumu çərçivəsində Türkiyənin ticarət naziri Ömər Bolat ilə görüşmək xoş oldu. Dost ölkə ilə iqtisadi tərəfdaşlığın dərinləşdirilməsi, ticarət dövriyyəsinin və investisiyaların davamlı olaraq artırılması, biznes əlaqələrinin təşviqi üzrə hüquqi bazanın təkmilləşdirilməsi, enerji, sənaye istehsalı, nəqliyyat, logistika, turizm və digər sahələrdə qarşılıqlı fəaliyyətin gücləndirilməsi haqqında fikir mübadiləsi apardıq. Müzakirələr çərçivəsində Azərbaycan və Türkiyə arasında imzalanmış Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsi barədə razılıq əldə olundu”, - paylaşımda qeyd edilib.

Избранный
5
14
xezerxeber.az

10Источники