RU

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçularının rəqibləri açıqlanıb

Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək “Böyük Dəbilqə” turnirinin püşkatma mərasimi baş tutub.

İdman.Biz xəbər verir ki, püşkün nəticələrinə əsasən, Azərbaycan idmançılarının ilk rəqibləri müəyyənləşib.

Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan 12 çəki dərəcəsində 18 cüdoçu (12 kişi, 6 qadın) ilə təmsil olunacaq.

Kişilər

1/16 final

60 kq

Əhməd Yusifov – Samariddin Kuçkarov (Özbəkistan)

Balabəy Ağayev – Baxrom Boturov (Özbəkistan)

66 kq

Nizami İmranov – Minhao Canq (Çin)

Turan Bayramov – Matan Kokolayev (İsrail)

1/32 final

73 kq

Kamran Süleymanov – Şusuke Uçimura (Yaponiya)

1/16 final

Hidayət Heydərov – Arun Kumar (Hindistan)

1/16 final

81 kq

Ömər Rəcəbli – Adrian Sulka (Rumıniya)

1/16 final

90 kq

Murad Fətiyev – Vlad Vişan (Rumıniya)

1/16 final

100 kq

Əjdər Bağırov – Ernazar Sarsenbayev (Özbəkistan)

1/8 final

Zelim Kotsoyev – Tornike Poladişvili (Gürcüstan) / Baxtovar Boboxonov (Tacikistan) cütünün qalibi

1/8 final

+100 kq

Camal Qamzatxanov – Ritik Kumar (Hindistan),

Kənan Nəsibov – Gela Zaalişvili (Gürcüstan) / İslombek Ravşankulov (Özbəkistan) cütünün qalibi.

Qadınlar

1/16 final

48 kq

Könül Əliyeva – Sevinç Murodova (Özbəkistan)

Şəfəq Həmidova – Venna Cuanq (Çin)

52 kq

Leyla Əliyeva – Liliya Nuqayeva (Rusiya)

63 kq

Fidan Əlizadə – Sevinç İsokova (Özbəkistan);

70 kq

Südabə Ağayeva – Kamila Badurova (Rusiya)

+78 kq

Madina Kaisinova – Umida Niqmatova (Özbəkistan)

Qeyd edək ki, ümumilikdə turnirdə 39 ölkədən 370 idmançı mübarizə aparacaq.

İdman.Biz
Məqalədə:
Избранный
7
8
idman.biz

10Источники