RU

Rusiya sərhədçiləri Ermənistan-Türkiyə sərhədindəki bütün keçid məntəqələrindən çıxıb

Rusiya sərhədçiləri Ermənistan-Türkiyə sərhədindəki bütün sərhəd-keçid məntəqələrindən çıxarılıb. İndi orada Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları xidmət aparır.

APA xəbər verir ki, bu barədə “Factor” 2025-ci il üçün Ermənistan hökumətinin proqramının icrası haqqında hesabatına istinadən məlumat yayıb.

Məlumata görə, 2025-ci ilin mart ayından Ermənistan-Türkiyə dövlət sərhədindəki “Marqara”, 2026-cı ilin əvvəlindən etibarən isə “Axurik” sərhəd-keçid məntəqəsi Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının nəzarətinə keçib.

“Hazırda Ermənistanın dövlət sərhədində fəaliyyət göstərən bütün sərhəd-keçid məntəqələri Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları tərəfindən tam nəzarət altına alınıb”, - hesabatda deyilir.

Избранный
4
12
apa.az

10Источники