Premyer Liqanın XXII turu çərçivəsində keçiriləcək “Sabah” ilə oyunun biletləri bu gün saat 18:00-dan etibarən satışda olacaq.
İdmanxeber.az-ın məlumatına görə, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Biletlərin qiyməti isə 5, 10 və 20 manat aralığındadır.
Biletlər bu gün saat 18:00-dan etibarən iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.
QEYD: Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.