RU

Ördəklərin sayı düz gəlmədi deyə arvadını döydü

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Daşkəsən rayonunda ər-arvad arasında yaşanan mübahisə sonda cinayətlər nəticələnib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyulun 12-də rayonun kəndlərindən birində baş verib.1989-cu il təvəllüdlü Əfqan yaşadığı evin həyətində saxladıqları ördəklərin sayının düz gəlməməsi səbəbi ilə arvadı Fatimə (adlar şərtidir – red.) ilə mübahisə edib. Aralarında yaranmış mübahisə zamanı əlində olan ağac parçası ilə arvadının sağ və sol ayaq, həmçinin bel nahiyyəsindən vurub.Hadisəni törədən Əfqanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Əfqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, arvadı ilə barışıb. Onun sözlərinə görə, bir daha bu cür hərəkətlərə yol verməyəcək, etdiyi əməldən peşmandır: “Fatimə ilə ailə həyatı qurmuşam, birgə nikahımızdan dörd uşağımız anadan olub. Arvadım evdar xanımdır və birlikdə heyvandarlıqla məşğul oluruq. Yaşadığımız evin həyətində aramızda mübahisə yarandı, əlimdə olan ağac parçası ilə onun sağ və sol ayaq nahiyyəsindən, həmçinin bel nahiyəsindən vuraraq ona bədən xəsarətləri yetirmişəm”.Zərərçəkmiş Fatimənin sözlərinə görə, əri ilə barışıb, birgə yaşayırlar. O, ifadəsində göstərib ki, ərinə qarşı şikayətçi deyil, onun cəza almasını istəmir. Daşkəsən Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.Fariz Məlikli

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
17
demokrat.az

1Источники