RU

İngiltərənin 6 klubu "Ayntraxt"ın müdafiəçisi Nnamdi Kollinzlə maraqlanır

İngiltərənin 6 təmsilçisi - "Arsenal", "Liverpul", "Mançester Siti", "Nyukasl", "Brayton" və "Brentford" klubları Almaniyanın "Ayntraxt" komandasının futbolçusu Nnamdi Kollinzi transfer etməyi düşünür.

"Far.Az" "talkSPORT"a istinadən xəbər verir ki, adıçəkilən komandalar arasında "topçular" xüsusi ilə 22 yaşlı müdafiəçini diqqət mərkəzində saxlayıb.

Lakin oyunçunun Frankfurt komandası ilə 2030-cu ilə qədər müqaviləsi olduğundan, "Ayntraxt" ciddi danışıqlar aparmaq üçün masa arxasına keçməyi planlaşdırır.

Qeyd edək ki, Nnamdi Kollinz 2023-cü ilin avqustundan "Ayntraxt"da oynayır. Cari mövsümdə o, 26 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

"Transfermarkt" oyunçunun transfer dəyərini 15 milyon avro qiymətləndirir.

Избранный
23
far.az

1Источники