RU

Arda “Real”da 100 cü oyununu keçirdi, “Fənərbağça” qazandı

Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Real Madrid”in yarımmüdafiəçisi Arda Gülər klubda 100-cü oyununu keçirib.

İdman.Biz-in məlumatına görə, bu, Çempionlar Liqasının pley-off mərhələsinin ikinci oyununda baş verib. “Los Blancos” “Benfika”nı 2:1 hesabı ilə məğlub edib.

“AS” xəbər verir ki, Gülər bu nailiyyətlə keçmiş klubu "Fənərbaxça"ya 2 milyon avro gəlir qazandırıb.

Madrid klubu üçün 100 oyunluq həddə çatdıqdan sonra müqaviləsində "Los Blancos"a keçmiş klubuna müəyyən bonus ödəməyi tələb edən bənd aktivləşdirilib. Türk oyunçu “Real Madrid”də daha 25 oyun keçirərsə, bu məbləğ 2 milyon avro artacaq.

Gülər “Real Madrid”ə 2023-cü ilin yayında “Fənərbağça”dan keçib. Bu mövsüm futbolçu klubda bütün yarışlarda 39 oyun keçirib, üç qol vurub və 12 məhsuldar ötürmə edib.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
4
1
icma.az

2Источники