Paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsində yol istifadəyə yararsız vəziyyətə düşüb.
Ekologiya.az bildirir ki, Avtosfer.az-ın “Whatsapp” ünvanına izləyicilərdən biri video göndərərək məlumat verib.
Görüntülərdən aydın olur ki, yolun avtobuslar üçün ayrılmış hissəsində asfalt örtüyü aşınıb.
Nəticədə ictimai nəqliyyat vasitələri sol zolağa manevr etməli olur ki, bu da digər sürücülərin yolunu kəsir və qəza riskini artırır.
Qeyd edək ki, bir müddət əvvəl də eyni problem barədə saytımızda xəbər dərc olunmuşdu. Məsələ işıqlandırılandan sonra yol təmir edilmişdi. Lakin görülən iş keyfiyyətsiz olduğundan, yol qısa müddətdə yenidən korlanıb.