RU

Bakıdan Kremlə: “Unutmayacağıq və geri çəkilməyəcəyik”

Prezident yanında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev Rusiya ilə münasibətlər fonunda səsləndirdiyi açıqlamalarla diqqət çəkib.

Şəfiyev Rusiyanın Cənubi Qafqazda təsir imkanlarının zəiflədiyini bildirib və Moskvanın artıq mütləq güc kimi çıxış edə bilməyəcəyini vurğulayıb.

“Rusiyanın Cənubi Qafqazda təsir imkanları azalıb. Rusiya mütləq güc deyil və nəzərə almalı olduğu məqamlar var”.

Mərkəz rəhbəri ötən ilin fevralında baş verən hadisələri – kiber hücumları və Yekaterinburq olaylarını – Azərbaycana qarşı hibrid hücum kimi qiymətləndirib.

“Ötən ilin fevralında kiber hücumlar, Yekaterinburq hadisələri Azərbaycana qarşı hibrid hücumlardır. Bunların hər birinin arxasında Rusiya dayanır”.

Şəfiyev bildirib ki, rəsmi Bakı baş verənləri unutmayacaq və məsələ bağlanmış hesab edilə bilməz:

“Əgər ruslar elə düşünürsə, onlar nə istəyəcək edəcək və Azərbaycan bu məsələni unudacaq – bu baş verməyəcək. Təyyarə olayında Rusiya üzərinə düşəni yerinə yetirməyənə qədər Azərbaycanla münasibətlərin normallaşması mümkün olmayacaq”.

O, Azərbaycanın hazırkı mövqeyinin 1990-cı illərlə müqayisə oluna bilməyəcəyini xüsusi vurğulayıb:

“Azərbaycan artıq Rusiya qarşısında 90-cı illərdə olan bir ölkə deyil. Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini tam təmin etmiş, Rusiyadan iqtisadi asılılığı olmayan, regionda söz sahibi olan gücdür. Rusiya bu faktorla hesablaşmalıdır”.

Şəfiyev əlavə edib ki, SOCAR-ın Ukraynada yanacaq doldurma məntəqələrinin vurulması da təsadüfi deyil və hibrid hücumların tərkib hissəsi kimi qiymətləndirilməlidir.

“SOCAR-ın Ukraynada yanacaq doldurma məntəqələrinin vurulması Azərbaycana qarşı hibrid hücumların tərkib hissəsidir. Bunların heç biri təsadüfi deyildi”.

Musavat.com

Избранный
15
editor.az

1Источники