RU

Yuventus bu futbolçu üçün Qalatasaray a 120 milyon avro təklif edir!

ain.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

"Yuventus" yenicə uduzduğu “Qalatasaray”a ulduz futbolçusu Viktor Osimhenə görə "elçi" düşüb. Türkiyə mediasının iddiasına görə, “Yuventus” nigeriyalı hücumçu üçün rekord məbləğdə təklif irəli sürməyə hazırlaşır. A Seriyası təmsilçisinin Osimhen üçün təxminən 120 milyon avroluq təklif hazırladığı bildirilir. Lakin “Qalatasaray”ın ulduz futbolçunu satmağa istəkli olmadığı, yalnız 150 milyon avro səviyyəsində təklif daxil olacağı təqdirdə onun ayrılığına razılıq verə biləcəyi vurğulanır.

Qeyd edək ki, cari mövsüm “sarı-qırmızılılar”ın heyətində 24 oyuna çıxan Osimhen 16 qol vurub və 5 məhsuldar ötürmə edib.

Mətləb

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
4
5
sia.az

6Источники