RU

Məşhur “Grammar Azi” səhifəsi satılır ANONS

ain.az, 525.az portalına istinadən məlumat yayır.

“525-ci qəzet”in 27 fevral tarixli sayında dərc olunacaq yazılardan biri Aytac Sahədin sosial şəbəkələrdə məşhur olan “Grammar Azi” səhifəsinin yaradıcısı Murad Hüseynovla apardığı maraqlı müsahibədir.

Müsahibədə Murad Hüseynov belə bir səhifə yaratmaq qərarına necə gəldiyini, bu ideyanın necə formalaşdığını, səhifəni niyə və hansı məbləğə satdığını açıqlayıb. O, həmçinin 10 il ərzində çəkdiyi zəhmətin bəhrəsindən və bu müddətdə qazandığı təcrübədən danışıb.

Səhifəni satmaq qərarının səbəblərindən bəhs edərək bildirib ki, yerli internet mühitinin aqressivliyi və tez-tez qarşılaşdığı xoşagəlməz hallar qərarına təsir edib. O, səhifəni hansı məbləğdə satışa çıxardığını açıqlasa da, lakin hələlik konkret alıcının olmadığını qeyd edib.

Murad Hüseynov “Grammar Azi”ni 2016-cı ildə sosial şəbəkələrdə Azərbaycan dilinin yazı qaydalarına laqeyd yanaşmanı gördüyü üçün yaratdığını deyib. Səhifənin məqsədinin kimisə hədəf almaq yox, düzgün yazılış variantını göstərmək olduğunu xüsusi vurğulayıb.

Dil bilikləri ilə bağlı isə Murad Hüseynov hesab edir ki, yazı qaydalarına elementar səviyyədə bələd olmaq belə ümumi mənzərədə fərqlənmək üçün kifayətdir. Onun sözlərinə görə, Azərbaycan dili ifadə imkanlarına görə zəngindir, lakin gündəlik istifadədə ciddi yazı səhvlərinə tez-tez rast gəlinir.

On ilə yaxın davam edən fəaliyyəti barədə danışarkən isə o bildirib ki, əsas məqsəd nəticə deyil, bu yolda qazanılan təcrübə və prosesin özüdür.

Nigar Abbasova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
13
525.az

1Источники