RU

Premyer Liqa klubundan baş məşqçisinə yeni müqavilə

“Brenford” klubu baş məşqçisi Kit Endryusla müqavilənin müddətini uzadıb.

Msport.az xəbər verir ki, 45 yaşlı mütəxəssis 2032-ci ilin yayına qədər İngiltərə komandasına rəhbərlik edəcək.

İrlandiyalı məşqçi ötən il klubun sükanı arxasına keçib. O, buna qədər “Brentford”da Tomas Frankın ştabında çalışırdı.

Endryus “Şeffild Yunayted” və İrlandiya millisində də işləyib.

“Brentford” 27 oyundan sonra 40 xalla İngiltərə Premyer Liqasında 7-ci yeri tutur.

Избранный
22
1
msport.az

2Источники