RU

Qrizmann da ABŞ klubuna KEÇİR

Antuan Qrizmannın yaxın günlərdə "Atletiko Madrid"dən ayrılaraq ABŞ-nin "Orlando Siti" klubuna keçəcəyi bildirilir.

Bizim.Media xəbər verir ki, tərəflər arasında danışıqlar son mərhələyə çatıb və transferin qısa müddətdə rəsmiləşəcəyi gözlənilir.
 

Qrizmannın vida mərasiminin isə martın 7-də Madridin “Metropolitano” stadionunda "Real Sosyedad"a qarşı keçiriləcək oyun zamanı baş tutacağı qeyd olunur.


Fransalı hücumçu illərdir “Atletiko”nun əsas simalarından biri olub və azarkeşlərin sevimlilərindən sayılır.

Rəşad Rafiqoğlu, Bizim.Media

Избранный
30
1
bizim.media

2Источники