RU

"Formula-1"in illik gəliri 3,87 milyard dollara çatıb

"Formula 1"in illik gəliri illik müqayisədə 14% artaraq 3,87 milyard dollara çatıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə serialın mətbuat xidməti məlumat verib.

Bildirilib ki, 2025-ci ildə gəlirin artmasına əsas səbəb dördüncü rübdə qeydə alınan rekord göstəricidir. Həmin dövrdə gəlir 1,38 milyard dollar olub ki, bu da 2024-cü ilin analoji dövrü ilə (1,13 milyard dollar) müqayisədə 22% çoxdur.

Ümumi əməliyyat gəliri isə 28% artaraq 492 milyon dollardan 632 milyon dollara yüksəlib.

Otelçilik və lisenziyalaşdırma kimi əlavə gəlirlər də 20% artaraq 787 milyon dollara çatıb.

Yarışlara tamaşaçı marağı da yüksəlib. Tribunaya gələn azarkeşlərin sayı 4% artaraq 6,75 milyon nəfərə çatıb. Canlı yayımları izləyən televiziya tamaşaçılarının sayı isə 2024-cü illə müqayisədə 21% artıb.

Избранный
14
1
90deqiqe.az

3Источники