RU

Şamaxıda oğul ögey anasını qətlə yetirib

Şamaxı, 27 fevral, Rəşad Türkoğlu, AZƏRTAC

Şamaxıda qətl hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə gecə saatlarında Şamaxı şəhərində qeydə alınıb. İlkin məlumata görə, 47 yaşlı Könül Eminova kəsici alətdən aldığı xəsarətlərlə xəstəxanaya çatdırılıb. Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən onun ögey oğlu, 17 yaşlı Murad Babayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Избранный
24
5
azertag.az

6Источники