Narendra Modi Knessetdə çıxış edib.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail KİV-ləri məlumat yayıb.
Hindistanın Baş naziri Narendra Modi İsrail parlamentinin (Knesset) xüsusi iclasında çıxış edib.
Çıxışı zamanı Hindistan lideri ölkələr arasındakı strateji tərəfdaşlığı yüksək qiymətləndirərək, hər iki dövlətin sahib olduğu ortaq dəyərləri və qarşıda duran çağırışları vurğulayıb.
Narendra Modi öz nitqində Hindistan və İsrailin “təbii müttəfiqlər” olduğunu qeyd edib.
Bu səfər iki ölkə arasındakı münasibətlərin “imtiyazlı tərəfdaşlıq” səviyyəsinə keçməsini daha da möhkəmləndirib.
Xatırladaq ki, Hindistan və İsrail son illərdə müdafiə, texnologiya və kənd təsərrüfatı sahələrində əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndiriblər.
Xuraman Etibarlı
İnterpress.az