RU

Pakistan Kabul, Qəndəhar və Pəktiyadakı hərbi obyektlərə zərbələr endirib

BAKI, 27 fevral. TELEQRAF

Pakistan Hərbi Hava Qüvvələri Əfqanıstanın paytaxtı Kabulda, eləcə də Qəndəhar və Pəktiya vilayətlərində hərbi obyektləri vurub.

Teleqraf xəbər verir ki, bu barədə Pakistanın dövlət televiziya kanalı PTV təhlükəsizlik qurumlarındakı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, hava zərbələri nəticəsində Kabulda iki briqada qərargahı məhv edilib. Həmçinin Qəndəhar və Pəktiya vilayətlərində idarəetmə məntəqələri, maddi-texniki təminat obyektləri və sursat anbarları dağıdılıb.

Hadisə ilə bağlı Əfqanıstan tərəfinin rəsmi mövqeyi hələlik açıqlanmayıb.

Избранный
40
teleqraf.com

1Источники