RU

Rusiya Kiyevi 3 günə tutsaydı, bu gün rus generallar İrəvanda oturub rusiyapərəst liderləri siqaret almağa göndərərdi...

 "Bu gün ukraynalıların sayəsində qaçırmağa haqqımız olmayan xüsusi fürsət pəncərəsi əldə etmişik..."
 
"Bu gün koalisiya yaratmaqla Rusiya Federasiyasının maraqlarını müdafiə edən və öz güclərini geri qaytarmağa çalışan rusiyapərəst qüvvələrin məqsədi Rusiyanın Ermənistanın nə etməli, nə etməməli, hansı sənədləri imzalamalı və ya imzalamamalı olduğuna qərar verməsinə şərait yaratmaqdır".
 
Moderator.az xəbər verir ki, iqtisadçı və siyasi analitik Baqrat Arakelyan bu fikri Praqadan video bağlantı vasitəsilə "Haykakan Jamanak " a verdiyi müsahibədə ifadə edib .
 
Erməni analitik əlavə edib ki, bu gün Rusiyanın boyunduruğundan çıxmaq, iqtisadi və hərbi cəhətdən güclənmək üçün unikal bir pəncərə açılıb və biz bu fürsət pəncərəsindən istifadə etməliyik.
 
“Əgər Rusiyanın başı Ukraynada qarışmasaydı və əgər Allah eləməmiş, planlaşdırdığı kimi Kiyevi 3 günə ələ keçirsəydi, bu gün rus generalları artıq İrəvanda -Ermənistan hökumətində oturub rusiyapərəst siyasi liderlərə nə yazmaq, imza atmaq lazım olduğunu əmr edər və sonra da “Gedin siqaret alın” deyərdilər”, - deyə Arakelyan bildirib. O bir daha vurğulayıb ki, bu gün ukraynalıların sayəsində qaçırmağa haqqımız olmayan xüsusi fürsət pəncərəsi əldə etmişik...
 
S.Laçın
 
 
 
Избранный
15
1
moderator.az

2Источники