RU

Azərbaycanda Biznes və insan hüquqları üzrə yeni Dövlət Proqramının hazırlanması təklif olunur

BAKI, 27 fevral. TELEQRAF

Azərbaycanda "Biznes və insan hüquqları üzrə Dövlət Proqramı"nın hazırlanıb qəbul olunması, habelə süni intellekt sahəsində yeni hüquqi yanaşmaların tətbiqi təklif edilir.

Teleqraf xəbər verir ki, bu barədə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı fevralın 27-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında məlumat verib.

A. Səfixanlı bildirib ki, BMT-nin rəhbər prinsipləri və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanacaq yeni Dövlət Proqramı sahibkarların ölkənin sosial-iqtisadi həyatında daha fəal iştirakına və korporativ sosial məsuliyyətin artırılmasına xidmət edəcək.

Bundan başqa, müasir çağırışları nəzərə alaraq, rəqəmsal texnologiyalardan və süni intellektdən düzgün istifadə, məlumat təhlükəsizliyi mədəniyyətinin inkişafı və normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində maarifləndirici proqramların həyata keçirilməsi prioritet kimi irəli sürülüb.

Избранный
22
teleqraf.com

1Источники