RU

Ombudsman pensiyaların artırılmasını təkif edib

Pensiyaların artırılması və artıq ödənilmiş pensiyanın tutulması qaydasına yenidən baxılması təklif olunur.

Azpost.info APA-ya istinadən bildirir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi”ndə əksini tapıb.

Ombudsmanın pensiya sahəsində aşağıdakı təkliflərlə çıxış edir:

– əmək pensiyasının minimum məbləği artırılarkən məbləğindən asılı olmayaraq həmin artıma qədər təyin edilmiş bütün pensiya məbləğlərinin müvafiq artıma mütənasib və ya müəyyən olunmuş məbləğdə (və ya faiz nisbəti ilə) artırılması;

– əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilməsinin pensiyaçının səhvindən baş vermədiyini, bu halın müvafiq qurumun fəaliyyətində olan funksional nöqsanlarla bağlı olduğunu, habelə sonrakı tutulmaların əmək pensiyaçısının sosial vəziyyətini ağırlaşdırdığını nəzərə alaraq, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin əmək pensiyasından tutulması üçün “Əmək pensiyaları haqqında” qanunun 39.1-ci maddəsində nəzərdə tutulmuş müddətin 1 ilə azaldılması (hazırda bu tutulmanın son 3 il üçün aparılması nəzərdə tutulur);

Избранный
5
20
azpost.info

10Источники