RU

Pakistan Əfqanıstanın itkilərini açıqladı: Azı 133 nəfər ölüb, xeyli yaralı var

Pakistanla sərhəddə baş verən münaqişədə Əfqanıstan ordusunun azı 133 hərbçisi həlak olub, 200-dən çoxu yaralanıb.

News365.az xəbər verir ki, bu barədə Pakistanın informasiya naziri Attaullah Tarar məlumat verib.

Onun sözlərinə görə, Pakistan ordusu Əfqanıstanın 27 hərbi postunu məhv edib və daha 9-nu nəzarətə götürüb.

Məlumata görə, tanklar, artilleriya və zirehli transportyorlar da daxil olmaqla 80-dən çox hərbi texnikaya da ziyan dəyib.

"Kabil, Paktiya və Qəndəharda Əfqanıstanın "Taliban" hərəkatının müdafiə mövqelərinə zərbələr endirilib", - deyə nazir bildirib.

Избранный
21
2
news365.az

4Источники