RU

“Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək” layihəsinin yekun hesabat tədbiri keçirilib (FOTO)

Bakı. Trend:

24 fevral 2026-cı il tarixində “AzerGold” QSC-nin təşəbbüsü vəKənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin(AXA) dəstəyi ilə həyata keçirilən “Daşkəsən və Göygöl rayonlarındaaqrar inkişafa dəstək” layihəsinin yekunlarına dair görüşkeçirilib. Tədbirdə qurum rəhbərləri, rayon icra hakimiyyətləri,yerli icma nümayəndələri və fermerlər iştirak edib.

“AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – sədrin müavini,Korporativ Sosial Məsuliyyət Komitəsinin sədri Xəyyam Fərzəliyev,AXA-nın sədri Sərdar Hacıyev, müvafiq olaraq Daşkəsən və Göygölrayon icra hakimiyyətlərinin başçıları Orxan Abbasov və VüqarNovruzov çıxış edərək layihənin əhəmiyyətini barədə danışıb, əsasnəticələri təqdim ediblər.

Qeyd edilib ki, heyvan, bitki, torpaq və su nümunələri üzrəaparılan geniş laborator analizlərin elmi təhlillərinə əsasənQSC-nin hasilat və istehsalat fəaliyyətinin təbiətə, torpağa vəməhsuldarlığa hər hansı mənfi təsiri qeydə alınmayıb. Aqrokimyəvianalizlər nəticəsində ərazidəki su mənbələrinin suvarma üçün tamyararlı olduğu müəyyən edilib. Heyvan sağlamlığı üzrə aparılanmüayinələrdə xüsusi təhlükəli xəstəlik aşkarlanmayıb.

Bitki mühafizəsi istiqamətində 213 fermer təsərrüfatındamonitorinqlər aparılıb, zərərvericilər müəyyən edilərək fermerlərəfərdi tövsiyələr verilib. Həmçinin təşkil olunan 37 təlimvasitəsilə iştirakçılar aqrar sahədə bilik və bacarıqlarınıartırıblar.

Xatırladaq ki, icrasına ötən il başlanılmış lahiyə Daşkəsənrayonunun Şadax yaşayış məntəqəsini, Bayan, Quşçu, Çovdar vəÇaykənd, Göygöl rayonunun isə Tüllallar və Zurnabad kəndləriniəhatə edib. Layihənin məqsədi heyvandarlıq və bitkiçilikdəməhsuldarlığı artırmaq, aqrar fəaliyyətin ekoloji tələblərə uyğuntəşkili və yerli təsərrüfatlara elmi əsaslı dəstəkgöstərməkdir.

“Daşkəsən
“Daşkəsən
“Daşkəsən
“Daşkəsən
“Daşkəsən
“Daşkəsən
Məqalədə:
Избранный
15
14
az.trend.az

10Источники