RU

Azərbaycanın basketbol üzrə milli komandası səfərdə növbəti oyununa çıxacaq

Bu gün kişi basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxacaq.

İdman.Biz xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu yığma Dublində İrlandiya komandasının qonağı olacaq.

Görüş “National Basketball Arena”da, Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.

Xatırladaq ki, Azərbaycan millisi daha əvvəl Şimali Makedoniya (49:87) və Lüksemburqa (90:95) uduzub. Komanda qrupda 2 xalla sonuncu - dördüncü pillədə qərarlaşıb.

İdman.Biz
Избранный
4
5
idman.biz

6Источники