Xəzər Tibb Mərkəzinin həkim-neantoloqu Gülnarə Əkbərova vəfat edib.BUTA.TV xəbər verir ki, bu barədə mərkəzin sosial şəbəkə hesabında paylaşəm edilib. “Böyük kədər hissi ilə bildiririk ki, fevral ayının 25-dən 26-a keçən gecə Xəzər Tibb Mərkəzinin həkimi Gülnarə Əkbərova vəfat edib”, - məlumatda qeyd olunub. Paylaşıma yazılan rəylərə əsasən, 43 yaşlı həkimin cərrahi əməliyyatdan sonra vəziyyəti ağırlaşıb və bu səbəbdən dünyasını dəyişib. Onun harada, nədən əməliyyat olunduğu qeyd olunmayıb.