RU

Bakı-Qazax yolunda ağır qəza - VİDEO

Fevralın 26-da saat 16:00 radələrində Bakı-Qazax avtomobil yolunun 243-cü kilometrində Heydər Mirzəyevin idarə etdiyi yük avtomobili əvvəlcə yol çiynində quraşdırılmış dəmir səddə çırpılıb və sonradan yoldan çıxaraq aşıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Qəza nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi, xüsusilə yük və sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərə müraciət edərək onları iş və istirahət rejiminə əməl etməyə, səhhətində problem olduğu, yaxud yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə çağırır.

"Cebheinfo.az"

Избранный
17
13
cebheinfo.az

5Источники