RU

“Qalatasaray”ın futbolçusu İtaliya klublarının gündəmində

İtaliya nəhəngləri “Yuventus”dan sonra daha iki A Seriya təmsilçisi – “İnter” və “Napoli” də “Qalatasaray”ın futbolçusu Barış Alper Yılmazı transfer siyahısına daxil edib.

İdmanxeber.az-ın məlumatına görə, hər iki klub uzun müddətdir izlədikləri 23 yaşlı cinah oyunçusu ilə bağlı marağını daha da ciddiləşdirib.

Məlumatda bildirilir ki, mövsümün əvvəlində Səudiyyə Ərəbistanından gələn 35 milyon avroluq təklifə baxmayaraq Barış Alperi satmayan “Qalatasaray”ın planı özünü doğruldub.

Qeyd olunur ki, futbolçu müqaviləsində nəzərdə tutulan 20 qol töhfəsi (qol + assist) həddinə çataraq xüsusi 25 milyon lirə məbləğində bonus qazanıb. Oyunçunun yayda Avropa klublarının birinə transfer olunacağı gözlənilir.

Избранный
13
idmanxeber.az

1Источники