Cümə axşamı günü axşam saatlarında Elmina Ağayeva "Instagram" da hekayə hissəsində yazıb: “Hər birinizə çox minnətdaram. Bir az əvvəl azad olunmuşam və indi təhlükəsizlikdəyəm, hər şey qaydasındadır. Evə qayıdıram. Baş verənlərə görə çox təəssüflənirəm, amma hələ də baş verənlərdən şokdayam və telefonum jurnalist zənglərindən dağılır. Hər şeyi dərk etmək üçün bir az vaxta ehtiyacım var. Tezliklə geri dönəcəyəm”.
Rubic.us-un məlumatına görə, Elmina Ağayeva Kolumbiya Universitetinin "School of General Studies" fakültəsində dördüncü kurs tələbəsidir. Onun ixtisasları neyrobiologiya və politologiyadır. 29 yaşlı Ağayeva ABŞ-da ən azı 2016-cı ildən yaşayır. Nyu-Yorka təhsil üçün köçmədən əvvəl o, Konnektikut və Şimali Karolina ştatlarında yaşamışdır. 2020-ci ildə ABŞ vətəndaşı, Şimali Karolinada yaşayan Garret Blakbern ilə evlənib. Bildirilib ki, cütlük dörd il əvvəl ayrılıb və hazırda əlaqələri yoxdur. Feliks Vişnevetski