RU

​Tarkanın sevgilisi 33 il sonra sirləri açdı

Türkiyənin məşhur müğənnisi Tarkanın keçmiş sevgilisi Jülyet Berlen 33 il sonra sosial media hesabında paylaşım edib.
Metbuat.az xəbər verir ki, Berlen Tarkanla 19 yaşında tanış olduğunu xatırladıb. "Uşaq idim. Həyatı doğru-dürüst anlamırdım. Amma Tarkanı ürəkdən sevirdim. İndi bütün bunlar şirin bir xatirə kimi uzaq 93-cü ildə qalıb", - Jülyet Berlen belə yazıb. Hazırda ABŞ-da yaşadığını deyən Berlen həmin illərdə rəqqasə kimi fəaliyyət göstərdiyini vurğulayıb: "Sənətimi sevirdim. Halal zəhmətimlə dolanırdım. Amma sonradan xeyli əziyyət çəkməli oldum. Hara gedirdimsə, məni göstərib "Tarkanın keçmiş sevgilisi olub" deyirdilər. Hər gün bu sözləri eşitmək çox ağır idi".

Hazırda ailə sahibi olduğunu qeyd edən qadın gənc qızları diqqətli olmağa səsləyib: "İndi anayam, ailəmin qayğıları ilə məşğulam. Mən öz ayaqlarım üstə dayanmağı bacardım. Qızlarımız da bunu bacarmalıdır. Haqlı-haqsız heç bir gənc qızı damğalamaq olmaz".

Избранный
5
metbuat.az

1Источники