RU

Dedim ki, mənimlə evlənməsən, borclarımı bağlamasan Tiktoku silməyəcəyəm

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Cəlilabad rayonunda 1982-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Fərman qeyri-rəsmi münasibətdə olduğu Fərqanəyə (adlar şərtidir – red.) xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2024-cü ilin sentyabrın 12-də Ələt-Astara yolunun Cəlilabad rayonu ərazisindən keçən istiqamətində baş verib.Fərman həmin gün saat 13:30-da heç bir əsaslı səbəb olmadan əvvəlcədən tanıdığı, qeyri-rəsmi nikahda olduğu Fərqanə ilə mübahisə edib. Həmin mübahisə zəmində aralarında yaranmış mübahisə zamanı Fərqanəni nalayiq ifadələrlə ucadan təhqir edib, yumruqla alt çənə nahiyəsindən bir dəfə zərbə vurub.Fərmanın barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Fərman ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Fərqanə ilə qeyri-rəsmi nikahda olublar: “Hazırki münaqişə baş verən tarixdən təxminən iki ay əvvəldən münasibətlərimiz yaranıb. Fərqanə ilə münasibətdə olduğum vaxtdan onun maddi ehtiyaclarını ödəmişəm. 2024-cü ilin sentyabrın 11-də, axşam vaxtı Əmrahla Cəlilabad şəhərinə getmək qərarına gəldik. Bu zaman Fərqanə də mənimlə getmək istədiyini dedi. Mən də buna etiraz etmədim. Həmin tarixdə axşamçağı mən və Fərqanə Əmrahın idarə etdiyi “Chevrolet Aveo” markalı avtomobillə Cəlilabad rayonuna yollandıq. Cəlilabad şəhərində gecələməyə yer tapmadığımız üçün Masallı rayonuna “İstisu” deyilən əraziyə gedib orada oteldə qaldıq”.Təqsirləndirilən şəxs qeyd edib ki, növbəti gün, sentyabrın 12-də yenidən Cəlilabad şəhərinə qayıdıblar: “Orada metal əşyalar alacağımız obyektin qarşısında olarkən Fərqanə ilə aramızda sözlü mübahisə baş verdi. Bu zaman Fərqanə məndən onun digər şəxslərə olan borclarını ödəməyimi tələb etdi. Mən də maddi imkanımın aşağı olmasını dəfələrlə bildirdim. Lakin Fərqanə təkidlə məndən pul tələb etdiyi üçün aramızda mübahisə baş verdi. Mən onu təhqir etdim. Sonra biz avtomobildən çölə çıxaraq mübahisəni davam etdirdik. Mübahisə zamanı Fərqanə çöldə səs-küy saldı. Mən də onun qolundan tutaraq avtomobilə əyləşdirdim ki, səs-küy salmasın. Buna baxmayaraq Fərqanə xatırlamadığım taksiyə əyləşərək getdi”. Təqsirləndirilən şəxs deyib ki, Fərqanənin bir çox borcunu ödəyib:“Onunla ciddi münasibət, yəni nikah qurmaq istəmişəm. Hətta bununla bağlı ərizə ilə “Asan Xidmət”ə də ərizə ilə müraciət etmişik. Münasibətlərimiz başlamamışdan öncə onun borclarının bu qədər yuxarı, yəni 30 min manat civarında olduğunu bilməmişəm. O, mənə 5-6 min manat civarında borcu olduğunu bildirmişdi. Hadisə baş verən zaman xuliqanlıq etməmişəm. Əksinə olaraq Fərqanəni səs-küy salmamasını xahiş edərək avtomobilə əyləşməsini tələb etmişəm”.Zərərçəkmiş Fərqanə izahatında göstərib ki, Fərmanla aralarında heç bir ədavət və şəxsi-qərəzçilik olmayıb: “Mən Fərmanı məlum hadisədən 2 ay əvvəl tanımışam, onunla qeyri-rəsmi nikahda olmuşam. Özüm əvvəllər müxtəlif restoranlarda ofisiant olaraq işləmişəm, normal əmək haqqı almışam. Fərmanla tanışlıqdan sonra onun təkidi ilə işdən çıxdım. Hətta mənə yalan vədlər verərək ailə quracağımızı, borclarımı bağlayacağına söz verdi. Mən də ona inandım, işlədiyim işdən çıxdım. Mənim 5800 manat borcum olub. Fərman söz verdi ki, həmin borcu ödəyəcək. Fərman 1 ay ehtiyaclarımı qarşıladı, daha sonra mənimlə mübahisə etməyə başladı. Fərman sadəcə olaraq evin bir aylıq kirayə haqqını ödədi. Bundan sonra bildirdi ki, ödənişi etməyəcək. Ona görə də aramızda mübahisələr yarandı”. Fərqanə qeyd edib ki, sentyabrın 11-də pul üstündə aralarında mübahisə baş verib: “Mənə bildirdi ki, artıq pul ödəməyəcək. Hətta mənim mobil telefonumu götürərək evdən getdi. Mən də arxasınca getdim, səs-küy saldım. Fikirləşdim ki, belə etsəm, telefonu qaytarar. Fərman dedi ki, həmin telefonu sataraq mənə çəkdiyi xərclərə çıxacaq. Fərmanla avtomobilə əyləşdim, onunla avtomobildə mübahisə etdik. Hətta ondan telefonumu istədim. Lakin telefonumu vermədi. Sonra qəsdən məni Masallı rayonuna gətirdi. Biz həmin gün Masallı rayonunda qaldıq. Səhəri gün, saat 9 radələrində Masallı rayonundan çıxdıq və Cəlilabad rayonuna gəldik. Orada broylerdə işləri ilə məşğul olduq. Sonra oradan uzaqlaşaraq kafeyə getdik, orada yemək yedik. Həmin vaxt Əmrah da yanımızda olub. Saat 12 radələrində kafedən çıxdıq. Hətta süfrədə oturan zaman borclu olduğum şəxs də zəng vuraraq pulunu istədi”. Zərərçəkmişin sözlərinə görə, daha sonra onlar Əmrahın idarə etdiyi “Chevrolet Aveo” markalı avtomobillə hərəkət ediblər: “Avtomobildə olan zaman Fərman bildirdi ki, “Tik-tok” hesabımı silim. Mən Fərmana dedim ki, sən nə zaman mənimlə rəsmi nikaha girsən, borcları ödəsən, onda sənin dediklərini edərəm. Sonra aramızda mübahisə baş verdi. Mən Fərmana dedim ki, sən pulu ödəməmək üçün bəhanələr axtarırsan. Sonra o, şillə ilə bir dəfə sifətimin sağ tərəfindən vurdu. Sonra Əmraha dedi ki, apararaq məni başqa yerdə ataraq gəlsin. Mən də ona söylədim ki, bura sizinlə gəlmişəm, sizinlə qayıdacam. Əmrah məni avtomobilə əyləşdirərək oradan kənarlaşdırdı. Yolun yarısına çatanda ona dedim ki, geri qayıtsın. O da geri qayıtdı. Həmin vaxt Fərman broylerin qarşısında olub. Məni görən zaman şok oldu, bildirdi ki, niyə geri qayıdıbsınız. Mən səs-küy salmağa başladım. Bu zaman Fərman boyun nahiyəmdən tutaraq sıxdı, yumruqla boyun nahiyəmdən vuraraq məni avtomobilə əyləşdirdi. Hətta ünvanıma nalayiq sözlər işlətdi. Onun bu səs-küyünü və məni təhqir edərək vurmasını broylerin işçiləri, yoldan keçən şəxslər görüb. Fərmanın səs-küyü və təhqirləri ətrafı bürüyüb. Avtomobilin içərisində də o, öz əməllərini davam etdirdi. Yumruqla bir dəfə çənə nahiyəmdən vurdu, əli ilə sağ əl nahiyəmdən tutaraq dartdı. Hətta sağ əlimin 2-ci barmağının dırnağını sındırdı. Mən avtomobildə qışqırdım, səsim ətrafı bürüdü. Hətta işçilər qıraqdan bizə baxıblar. Lakin onlar dava-dalaşa müdaxilə etmədilər. Əmrah isə avtomobildə qabaqda əyləşərək döyülməyimi seyr etdi. Fərman bildirdi ki, sən məni biabır elədin, getməlisən. Mən də getməyəciyimi dedim. Fərman söylədi ki, mənə görə onun işi də alınmadı. Daha sonra avtomobildə qabaq oturacaqda əyləşdi. Yenə mənimlə nalayiq formada danışdı. Mən  avtomobildən düşərək yoldan keçən başqa avtomobili saxlatdıraraq polisə şöbəsinə yollandım. Döyülməm ilə bağlı polis şöbəsində ərizə yazdım”.Cəlilabad Rayon Məhkəməsinin hökmü ilə Fərman aylıq qazancının 15 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum edilib. Fariz Məlikli

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
7
demokrat.az

1Источники