BAKI, 27 fevral. TELEQRAF
Sünikdə güclü qar fırtınası səbəbindən Ermənistan-İran magistralı bağlanıb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, güclü qar fırtınası və zəif görünürlük səbəbindən Sünikdəki Zəngər-Qorayk yolu bütün növ nəqliyyat vasitələri üçün bağlanıb.
Gürcüstanla sərhədində yerləşən Ninotsminda-Bavra keçid məntəqəsinə gedən yol da müvəqqəti olaraq bağlanılıb.