RU

Britaniyada 16 yaşına çatmayanların sosial şəbəkələrə girişi QADAĞAN oluna bilər

Böyük Britaniyada 16 yaşdan kiçik olan uşaqların üçün sosial şəbəkələrin qadağan olunması məsələsi gündəmə gəlib. 

Bizim.Media xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Məlumata görə, məsələ ilə bağlı müzakirələr gələn həftə başlayacaq. Hakimiyyət orqanları yaş məhdudiyyətlərinin tətbiqindən tutmuş, sonsuz xəbər lentinin (infinite scroll) məhdudlaşdırılması kimi ayrı-ayrı funksiyaların bloklanmasına qədər bir neçə variantı nəzərdən keçirəcəklər. 

Yetkinlik yaşına çatmayanlar üçün sosial şəbəkələrin tam qadağan olunması ehtimalı da istisna edilmir.
 

Hökumət nümayəndələri bildiriblər ki, valideynlərin sosial şəbəkə platformalarının uşaqlara təsiri ilə bağlı narahatlıqları getdikcə artır.


“Biz bunu düzəltməkdə qətiyyətliyik”, – deyə Nazirlər Kabinetinin təmsilçisi vurğulayıb.

Mənbələrin bildirdiyinə görə, Baş nazir Keir Starmer təşəbbüsə açıq şəkildə dəstək verə bilər. Qeyd edək ki, oxşar müzakirələr Avropanın digər ölkələrində də aparılır. Almaniyada 14 yaşdan kiçiklər üçün sosial şəbəkələrin qadağan olunması təklif edilir. İspaniyanın Baş naziri Pedro Sanchez isə daha əvvəl yaş məhdudiyyətlərinin tətbiqinin tərəfdarı kimi çıxış edib.

Xatırladaq ki, 2024-cü ilin noyabrında dünyada ilk dəfə olaraq Avstraliyada 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadə etməsini qadağan edən qanun qəbul edilib.

Fransa parlamenti isə bu ilin yanvarında gün öncə 15 yaşdan kiçik şəxslərin sosial şəbəkə istifadəsini qadağan edən qanunu təsdiqləyib.  

Bizim.Media

Избранный
4
1
bizim.media

2Источники