RU

1941-ci ildə batmış böyük gəmi əsl yırtıcıların məskəninə çevrilib

Misir sahilləri yaxınlığında, dənizin dibində 1941-ci ildə batmış 126 metrlik gəmi yerləşir və hazırda müxtəlif dəniz canlılarının evinə çevrilib...

Poliqon BBC Wildlife nəşrinə istinadən xəbər verir ki, burada zahirən timsaha bənzəyən qəribə bir məxluq gizlənir.

Materialda "Thistlegorm” adlı gəmidən bəhs olunur. O, cəmi dörd reys həyata keçirə bilmişdi ki, Qırmızı dənizdə alman bombardmançıları tərəfindən hücuma məruz qaldı. Bombanın dəyməsi nəticəsində sursat partlayışı baş verib, gəmi iki hissəyə parçalandı və çoxtonlu lokomotivlər gövdədən onlarla metr uzağa atılıb.

Nəşrin yazdığına görə, hadisə şahidlərindən biri gəminin partlayışın gücünə görə bir dəqiqədən az müddətdə batdığını bildirib. Doqquz heyət üzvü həlak olub, 41 nəfər isə qonşu “HMS Carlisle” gəmisi tərəfindən xilas edilib.

Əfsanəvi tədqiqatçı Jak-İv Kusto qalıqları 1950-ci illərdə aşkar etsə də, yerini uzun müddət gizli saxlayıb. Bu səbəbdən kütləvi dalğıc səfərləri yalnız ötən əsrin 90-cı illərində başlayıb.

Hazırda "Thistlegorm" əsl sualtı muzey və dünyanın ən məşhur dalğıc məkanlarından biridir. Mərcanların arasında batmış BSA motosikletlərini və "Bedford" yük maşınlarını görmək mümkündür.

Paslanmış konstruksiyalar çoxsaylı dəniz canlıları üçün süni rifə çevrilib. Burada şir balığı, daş balıq, mələk balığı, barrakuda, eləcə də pusquda ov edən yırtıcı – krokodil balığına rast gəlinir.

Bununla belə, jurnalistlər xəbərdarlıq edirlər ki, batmış gəmilərdə dalış təhlükəli ola bilər. "Thistlegorm"a eniş üçün ən azı 20 rəsmi qeydiyyatdan keçmiş dalış təcrübəsi tələb olunur. Bu qaydalar həm insanların təhlükəsizliyi, həm də tarixi abidənin qorunması məqsədi daşıyır.

"Thistlegorm" layihəsinin ekspertləri gəminin vəziyyəti ilə bağlı geniş araşdırma aparıblar. Dalğıclar su altında təxminən 14 saat keçirərək fotogrammetriya üsulu ilə gəminin 3D modelini yaratmaq üçün 24 mindən çox foto çəkiblər. Yalnız kapitanın kayutası 884 dəfə fotoşəkil edilib.

Poliqon.info

Избранный
5
poliqon.info

1Источники