RU

Pakistan Əfqanıstana müharibə elan edib

AzVision.az xəbər verir ki, Əfqanıstan Müdafiə Nazirliyinin “X” sosial şəbəkəsində yerləşdirdiyi məlumatda belə deyilir.

“Gecəyarısı İslam Əmirliyi Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin əmri ilə hərbi əməliyyatlar dayandırılıb. Verilən tapşırıqlar yerinə yetirilib”,- xəbərdə vurğulanır.

Pakistanın müdafiə naziri Havaca Asif, öz növbəsində, ölkəsinin və Əfqanıstandakı Taliban hökumətinin hazırda açıq silahlı münaqişə vəziyyətində olduğunu bildirib.

- Səbrimiz tükənib. Artıq sizinlə bizim aramızda açıq müharibə gedir. İki ölkənin yaxınlığı nəzərə alınmaqla, Pakistan ordusunun rəqibini və onun zəif cəhətlərini yaxşı tanıdığına tam əminəm”,- Havaca Asif “X” sosial şəbəkəsində yazıb.

Pakistanlı nazirTaliban hökumətini Əfqanıstanı Hindistan müstəmləkəsinə çevirməkdə, terrorizmin təşviqində və ixrac etməkdə, əhaliyə zülm verməkdəgünahlandırıb.

“Onlar öz xalqlarını əsas insan hüquqlarından məhrum ediblər. İslamın qadınlara təmin etdiyi hüquqları əllərindən alıblar”,- Havaca Asif bildirib.

Xatırladaq ki, Pakistanın Baş nazirinin sözçüsü Moşarraf Zaidi sərhəddə baş verən toqquşmalarda ən azı 72 Əfqanıstan əsgərinin həlak olduğunu, daha 120 əsgərin isə yaralandığını açıqlayıb.

Onun sözlərinə görə, Pakistan ordusu Əfqanıstanın 16 sərhəd məntəqəsini məhv edib və daha 7-sini nəzarətə götürüb. Tanklar, artilleriya qurğuları və zirehli personal daşıyıcıları da daxil olmaqla, 36 Əfqanıstan texnikasına da ziyan dəyib.

“TOLO News” telekanalının məlumatına görə, Kabil sakinləri Əfqanıstan paytaxtının müxtəlif yerlərində güclü partlayışlar və təyyarə mühərriklərinin səslərinin eşidildiyini bildirirlər. Partlayışdan sonra şiddətli atışmalar yaşanıb. Tələfat və ya dağıntı barədə məlumat verilməyib.

Sahil İsgəndərov
AzVision.az
Избранный
100
11
azvision.az

10Источники